Baş aşbaz

  • Café de Baku
  • Elanın qoyulma tarixi: 14.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Café de Baku Restoranı işə qəbul elan edir:

Baş aşbaz

Vəzifə öhdəlikləri :

- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Namizəddən tələblər:

- Kişi namizəd ;
- Yaş : 27-40;
- Restoran sistemində baş aşpaz kimi 2–5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə təhsili;
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
- Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilməli;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
- Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı : 1200-1500 AZN

Əlavə məlumatlar üçün əlaqə nömrəsi : +994 50 643 54 34

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş Aşbaz” yazıb [email protected] ünvanına CV göndərməsi xahiş olunur.