F&B Manager

  • Café de Baku
  • Elanın qoyulma tarixi: 02.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Cafe de Baku müxtəlif yaş qrupları üzrə rahat zaman keçirə biləcəyiniz, yerli və dünya mətbəxinin ən ləziz təamları dadacağıniz məkanlardan biridir.

Hazırda komandaya “F&B” menecer vakansiyası üzrə işçi axtarışındayıq.

İşin təsviri:

- Cafe və restoran xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi;
- Müştəri məmnuniyyətin saxlanması. Hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
- Müəssisənin daxili siyasətinə uyğun olan hesabatlılığın təmin edilməsi
- Kadr hazırlığı, komandada adaptasiyasını təmin etmək;
- Gündəlik işçi heyətə təlimlərin keçirilməsi
- Effektiv təchizat zəncirinin idarə edilməsi;
- Məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyətin bölüşdürülməsini təmin etmək, ilkin və yekun nəticəni aidiyyatlı şəxslərə təqdim etmək;
- Mətbəxlə koordinasiya etmək şərtilə Təchizat standartlarının bəlli edilməsi və yönləndirilməsi
- Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
- Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək
- İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
- İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
- Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
- Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək

Tələblər:

- Ali təhsil, otelçilik və ya xidmət sahəsində əlavə təhsil ;
- Restoran və ya Cafe sahəsində 3-5 il F&B menecer təcrübəsi ;
- Əsas idarəetmə proseslərini başa düşmək;
- Yetkinliklərin inkişafı: liderlik, təşəbbüs, rahatlıq və adaptasiya;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunan

İş şəraiti:

Əmək haqqı müsahibə zamanı müəyyən edilir (1500-2000 AZN, aylıq satışdan %)
İş qrafiki: 6/7

CV-nizi (şəkil şərtdir) mövzü bölüdə “F&B Manager” qeyd edərək [email protected] ünvanına göndərməyinizi xahiş edirik
Yalnız tam şərtlərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq.