Müştəri xidmətləri üzrə kiçik mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

• Təhsil, Sosial iş, Psixologiya və uyğun fakültələrdən birindən ali təhsili olan namizədlərə üstünlün veriləcək;
• Müştəri xidmətləri, çağrı mərkəzi və ya təhsil sahəsində müştərilərlə yaxın ünsiyyətdə olmaqla oxşar vəzifələrdə ən azı 1 il iş təcrübəsi;
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
• Problemləri həll etmə bacarığı, çətin vəziyyətlərdə əminlik, səbr, nəzakət göstərməklə danışıqlar aparmaq bacarığı;
• Azərbaycan və rus dillərini mükəmməl bilmə;
• Kommunikasiya bacarıqları, konfliktlərin idarə olunması
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə bilik;
• Analitik və səmərəli düşüncə;
• Komandada, həmçinin fərdi qaydada işləmək bacarığı;
• Müştərinin tələblərini dəqiqliklə anlamaq məqsədilə dinləmək bacarığı;
• Müştəri xidmətləri siyasətinin inkişaf etdirilməsi məqsədilə təşkilati və planlaşdırma bacarıqları.

Əsas öhdəliklər:

• Müştərilərlə vaxtı-vaxtında üz-üzə, elektron poçt, telefon zəngləri vasitəsi ilə ünsiyyət yaratmaq və müştərilərin sorğularını (iradlarını, şikayətlərini və ya təkliflərini) idarə etmək. Onlar üzrə üzərinə öhdəlik götürmək – dinləmək və problemlərin həll edilməsini izləmək (müvafiq şəxslərin cəlb edilməsi və müştərilərə cavabların vaxtında verilməsi);
• Müvafiq alətlər (elektron və ya kağız şəklində məktublar, sms-məktublar, telefon zəngləri və s.) vasitəsilə kursa qəbul edilmiş şagirdlərin irəliləyişi (davamiyyət, akademik irəliləyiş və davranış) haqqında müştəriləri (valideynləri) mütəmadi olaraq xəbərdar etmək. Tələb olunan hesabat formasının Məhsul və Tədris Departamentinin müvafiq məlumatlarına uyğun olmasını təmin etmək;
• Müvafiq intizam məsələlərində (məs. kursda təhsil alan şagirdlər dərsə gecikdikləri və ya dərsdə iştirak etmədikləri və s. hallarda) bu barədə valideynləri xəbərdar etmək;
• Problemli məsələlərin həlli məqsədilə mütəmadi olaraq müştərilərlə (şagirdlərlə və ya valideynlərlə) ünsiyyətdə olmaq və menecment və ya müəllimlər tərəfindən verilən təkliflərlə bölüşmək;
• Kursda təhsil alan şagirdləri diqqət mərkəzində saxlamaq və onların davranışının intizam qaydalarına müvafiq olmasına nəzarət etmək. Hər hansı qayda pozuntusu müşahidə edilərsə, razılaşdırılmış addımlar üzrə hərəkət etmək. Səbəbləri təhlil etmək, gələcəkdə oxşar problemlərlə üzləşməmək məqsədilə təkliflər irəli sürmək;
• Müştərilərin məmnunluğunun ölçülməsi üsullarını tapmaq. Məhsullar və xidmətlər haqqında müştərilərdən (valideynlərdən və şagirdlərdən) rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
• Müqaviləyə xitam vermə səbəblərinin müntəzəm qaydada (aylıq) təhlilini aparmaq. Ümumi statistikanın təhlili və təhlil üzrə hesabatla bölüşmək;
• Müştərilərin rəyləri haqqında menecmenti (və ya digər müvafiq şəxsləri) mütəmadi olaraq xəbərdar etmək və təhlil/hesabat formalarını (müqaviləyə xitam vermənin səbəbləri, müştərilərin məmnunluğunun və ya narazılıqlarının səbəbləri) hazırlamaq;
• Müştəri xidmətlərini təkmilləşdirmək, təşkilat daxilində dəyişikliklərin edilməsi üzrə təkliflər irəli sürmək;
• Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması prosesində köməklik göstərmək və onları tətbiq etmək. Xidmətin prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək;
• Düzgün qeydlər aparmaq və müştəri xidmətləri üzrə fəaliyyəti və müzakirələri sənədləşdirmək;
• Gələcəkdə istifadə edilə bilməsi məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmə və hesabatları hazırlamaq.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Müştəri xidmətləri üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi