Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)

  • eManat
  • Elanın qoyulma tarixi: 27.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
• Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;.
• Sorğuların düzgün ( qəbul olunmuş təlimatlara) işlənilməsi.
• Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
• Ünsiyyətçil və səbrli olma bacarığı;
• Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
• Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
• Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Namizədə qoyulan tələblər:

• Ali təhsilli.
• Dil Bilikləri - Azərbaycan dili (ana dili) rus dili (əla)
• MS office proqramları
• Nitqində qüsur olmamalı;
• Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
• Verilən tapşırığa adaptasiya olma bacarığı;
• Kollektivə uyğunlaşma bacarığı.

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 6 günü
• İş saatları növbəli (09:00-18:00,17:00-23:00)
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.

İşəgötürənin reytinqi