Back-end proqramçı

  • eManat
  • Elanın qoyulma tarixi: 15.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı;
  • Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
  • Sistem Servislərinin işinin düzgün təmin edilməsi, problem və bug-ların aradan qaldırılması
  • Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
  • Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
  • Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
  • Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası.
  • Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
  • Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
  • Windows, Web və Mobil API işləmələri
  • Ödəmə sisteminin analizi və problemlərin həlli

Tələblər:

  • Ali təhsil;
  • Ən azı 2 il iş təcrübəsi;
  • Proqramlaşdırma bilikləri üzrə:
  • Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, C#
  • Üstünlük verilir HTML, CSS, JavaScript.
  • Verilənlərin strukturu və alqoritm üzrə mükəmməl biliyin olması.
  •  CI/CD təcrübəsi, konteylerlərlə işləmək bacarığı, Multi-Threading üzrə təcrübə, monitorinq alətlərinin istifadə təcrübəsi
  • Restful, SOAP və gRPC servicebilikləri
  • GitLab, version control toollarla işləmək bacarığı
  • RDBMS, SQL bilikləri;
  • Komanda şəklində işləmə bacarığı;
  • Effektiv və strukturlu  proqram kodu yazma qabiliyyəti;
  • Xarici dil səviyyəsi:  İngilis dili– Intermediate, Rus dili – B1. ;

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Back-end proqramçı” yazılmalıdır.

İşəgötürənin reytinqi