Call Center Operatoru

İşin təsviri

İş barədə məlumat:

• Gündəlik daxil olan bütün müraciət və zənglərin vaxtında və pozitiv şəkildə cavablandırılması və sifarişlərin qəbulunun təşkili;
• Şirkətə daxil olan müraciətlərin, təkliflərin və şikayətlərin aidiyyəti üzrə şöbələrə yönləndirilməsinin təşkil edilməsi;
• Ay ərzində müəyyən edilən kampaniyaların mütəmadi olaraq şirkətin mövcud müştəri bazasına çatdırılmasını təmin etmək;
• Müraciətlər üzrə gündəlik hesabatların hazırlanması

Namizədə tələblər:

• Xanım namizəd
• Əla kompüter bacarığı – MS Office
• Azərbaycan və rus dilində səlis danışıq, mükəmməl yazma və redaktə etmə bacarığı
• Elektronika və məişət əşyaları sahəsində iş təcrübəsi arzu olunandır.
• Müştərilərlə biznes etikası standartlarına uygun olaraq (mehriban,təmkinlə)unsiyyət qurmaq
• Ünsiyyətcil olmaq
• İşində məsuliyyətli
• Komandada iş bacarığı

İş şərtləri:

• Həftənin 6 günü iş, 1 gün istirahət;
• Əmək haqqı minimum 400 AZN nəzərdə tutulmuşdur.

Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Call Center Operatoru” qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.

Qeyd: Vakansiyaya uyğun olmayan CV–lərə baxılmayacaq.