İR Əmək haqqı üzrə mütəxəssis

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 29.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: Sahə üzrə min. 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-30

İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

- Əməkdaşların əmək haqqılarını hesablamaq;
- Ay ərzində şirkət əməkdaşlarının davamiyyətlərini izləmək;
- Ay ərzində işdən çıxmış əməkdaşların Son haqq-hesablarının hesablanıb mühasibatlıq şöbəsinə göndərilməsini təmin etmək;
- Əməkdaşların avanslarının hesablanması və mühasibatlıq şöbəsinə göndərilməsini həyata keçirmək;
- Ay ərzində əmək haqqı ilə bağlı tələb edilən hesabatları hazırlayıb üst rəhbərliyə təqdim etmək;
- Ay ərzində Pronet proqramına daxil edilən icazə müraciətlərinin izlənilib təsdiq edilməsini təmin etmək.
- İşə qəbul edilmiş əməkdaşların barmaq izlərinin götürülməsi və şəxsi məlumatlarının sistemə daxil edilməsi.

Tələblər:

- Əmək haqqı hesablanması qaydalarını bilmək və bu sahədə təcrübə mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə Excel ) kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR Əmək haqqı üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.