Daxili nəzarət mütəxəssisi

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 13.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək; 
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək; 
  • Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.

Tələblər: 

  • İş təcrübəsi: Aidiyyatlı sahə üzrə 1-3 il 
  • Yaş həddi: 23-35
  • Dəqiq və məsuliyətli olmaq;
  • Problemləri həll etmə bacarığı; 
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi;
  • Komandada işləmək bacarığı;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Təminatlar: 

  • Servis xidməti;
  • Nahar ilə təminat;
  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
  • Endirimli tibb xidməti.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş yeri: Məhəmmədi qəs.

Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.