Kimlər müraciət edə bilər?
• 21-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Çevik qərarvermə və problem həlletmə
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Çağrı mərkəzi üzrə kiçik mütəxəssis nə iş görür?
• Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi
• Daxil olan zənglərin cavablandırılması, müvafiq bölmələrə yönləndirilməsi və qeydiyyatının aparılması
• Şirkət xidmətləri barədə müraciət edən müştərilərə ətraflı məlumat verilməsi
• Müştərilərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi
Əlavə məlumat:
• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.