İşin təsviri
Baş mühasib nə iş görür?
- Qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunun təşkil edilməsi;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi.
Hansı özəlliklərə malik olmalıdır?
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- 25-40 yaş;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanın idarə edilməsi və komandada işləmək bacarığı;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
- Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- ERP proqramlarında işləmək bacarığı;
- 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarığı.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: İlkin olaraq 1500 Azn (Müsahibəyə əsasən müəyyən ediləcək)
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.