Tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- “Nostro” və “Loro” hesabların açılmasına dair müvafiq rəylərin hazırlanması;
- PL/TMM sahəsi üzrə müxbir banklar konfranslar, telefon zəngləri və işçi görüşlər vasitəsi ilə müzakirələrin aparılması;
- İcra olunmuş köçürmələrlə bağlı müxbir banklardan daxil olmuş sorğuların cavablandırılması və müxbir banklara göndərilməsi nəzərdə tutulan sorğuların hazırlanması;
- Bankda mövcud hesabların (o cümlədən hüquqi və qeyri-rezident fiziki şəxslərə açılan hesabların) “FATCA” və “CRS” tələblərinə uyğun monitorinqin həyata keçirilməsi;
- Maliyyə institutlarına aid mərkəzləşdirilmiş məlumat portallarında PL/TMM sahəsi üzrə Bank haqqında tələb olunan məlumatların (sənədlərin) yerləşdirilməsi və yenilənməsi;
- “FATCA” və “CRS” tələbləri üzrə zəruri işlərin həyata keçirməsi və hesabatların hazırlanması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

- İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
- Banklarda müştərilərə xidmət sahəsində minimum 1 - 3 il iş təcrübəsi olan;
- Ofis proqramlarında sərbəst iş bacarığı olan;
- Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
- Problemləri həlletmə bacarığı olan;
- Analitik təhlil bacarığı olan;
- Komandada iş bacarıqlarına sahib olan;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis ")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az