Qrafik dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bankın daxili brendingi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam-məlumat materialların Bankın brendbukuna uyğun dizaynını hazırlamaq;
  • 3D maketlərin planlaşdırılması və hazırlanması (sərgi stendləri, iş sahəsinin interyer dizaynı və s.);
  • İnsan resursları ilə bağlı Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
  • Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;
  • Materialların çapa hazırlığını təmin etmək;
  • Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Yaradıcılıq və innovasiya bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Layihələri idarə etmək bacarığı;
  • Ali təhsil (Dizayn, Reklam və ya Marketinq üzrə təhsil arzuolunandır);
  • Adobe İllustrator, Adobe Photoshop, Corel Draw, Autodesk 3D’s Max, Adobe After Effects, Adobe Premiere proqramları ilə işləmək bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan və rus dili biliyi olan;
  • Dizayn üzrə minimum 2 il iş təcrübəsi.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Qrafik dizayner” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.