ATM və ÖT şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssis

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• ATM-lərin texniki monitorinqi;
• Bankomatların əməliyyat sistemlərinin yenilənməsi;
• ATM və ÖT-nın texniki xidmətinin həyata keçirilməsi;
• ProView proqram təminatı vasitəsi ilə ATM-lərdəki texniki problemlərinin aşkarlanması və məsafədən aradan qaldırılması.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli (texniki sahədə təhsil üstünlükdür);
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
• Excel, ProView və Telescope proqramları üzrə mükəmməl biliklərə sahib;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Problemləri həll etmə bacarığına sahib olan;
• Komandada iş bacarıqlarına sahib olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ATM və ÖT şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.abb-bank.az