HR Manager

  • Ikma
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

- Ali təhsil (Biznesin idarəedilməsi, İnsan Resursları, Sənayenin təşkili);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulması üzrə iş təcrübəsi;
- Analitik təhlil qabiliyyəti;
- Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı,
- Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə),
- Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

Görəcəyiniz işlər:

- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
- İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
- Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
- İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
- Şirkətdə işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi.

Son müraciət tarixi: 16 mart 2021 – ci il

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.