“IKMA Services” MMC 2005-ci ildən fəaliyyətə başlayıb. Şirkət - lift və eskalator istehsalı ilə məşhurlaşmış “KONE” (Finlandiya) və inşaat liftləri və platforma bazarında böyük nüfuza malik “Scanclimber” (Finlandiya)  markalarının Azərbaycanda rəsmi distribütorudur. Bunlarla yanaşı, “IKMA Services” Hollandiyanın “Boon Edam” və İsveçrənin “KABA Gilgen” şirkətlərinin istehsalı olan avtomatik fırlanan, yana açılan və hermetik qapıların, eləcə də turniketlərin (fırlanan çarpaz qapı) satışını və texniki təminatını həyata keçirir.

“IKMA Services” Azərbaycan inşaat bazarında yüksək nüfuza malikdir. Şirkət 2005-2010-cu illər ərzində yerli bazarda öz sahəsinin liderinə çevrilməyi bacarıb. Şirkətin gördüyü işlər portfelinə ən bariz nümunə kimi, onun təchiz etdiyi hökumət binalarını, ticarət və biznes mərkəzlərini, yaşayış villalarını göstərmək mümkündür.

“IKMA Services” hər zaman operativliyə, gördüyü işin keyfiyyətinə, quraşdırılması başa çatmış avadanlıqların  sonrakı işləmə dövründə zəmanətinə təminat verdiyinə görə fərqlənir. Təsadüfi deyil ki, şirkət bir sıra beynəlxalq sərgilərdə iştirak edib və “UĞUR-2007” və “İLİN ŞİRKƏTİ-2008” , “AZERİ BUSİNESS AWARD ” milli mükafatlarına layiq görülüb.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?