Çağrı Mərkəzinin mütəxəssisi

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 04.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik
- Microsoft office proqramlarında işləmə bacarığı
- Aydın və səlis nitq
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti
- Səbrli və məsuliyyətli

Əsas öhdəliklər:

- Vaxtlı-vaxtında böyük həcmdə daxil olan və gedən zənglərin idarə edilməsi;
- Müştərilərə məhsul və xidmətlər barədə məlumatın təqdim edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
- Yeni müştərilər haqda məlumatın sistemə daxil edilməsi və müştəri haqda mövcud məlumatın yenilənməsi;
- Zənglər haqqında hesabatların hazırlanması;
- Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi;
- Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
- Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
- Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması);
- Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi;
- Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması;
- Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması;
- Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi;
- Rəhbərlik tərəfindən daxil olan tapşırıqların yerinə yetirilməsi.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Çağrı mərkəzinin mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

Son tarix: 28.02.2021-ci il

İşəgötürənin reytinqi