Məlumat mərkəzi (Rəqəmsal) – Aparıcı mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 12.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Məlumat mərkəzi (Rəqəmsal) – Aparıcı mütəxəssis
Region: Bakı

Öhdəliklər:

- Müştərilər tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanmış müraciətlərin cavablandırılması
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
- Daxil olan müraciətlər zamanı satışın həyata keçirilməsi və təyin olunmuş hədəflərin icrası
- Aylıq müvafiq hesabatların hazırlanması

Tələblər:

- Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi
- Ali təhsil
- Səlis Azərbaycan dili biliyi, Rus dilində yüksək yazı bacarığı, İngilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın aylıq qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

 

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi