Alternativ kanallar ilə satış departamentində kiçik mütəxəssis (Çatdırılma qrupu)

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 06.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Kuryer” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Alternativ kanallar ilə satış departamenti, Alternativ Kanallar ilə satışın təşkili şöbəsi

Bilavasitə tabeçiliyi: Departament direktoru, qrup rəhbəri

Vəzifə öhdəlikləri:

  • Əvvəlcədən müştəri tərəfindən təyin edilmiş yerdə və vaxtda Bankın mobil əlavəsi ilə təsdiqlənmiş kredit sənədlərinin müştərilərə, imzaladılması, ödəniş kartlarının və digər sənədlərin təhvil verilməsi;
  • Müştəri tərəfindən imzalanmış sənədlər paketinin Banka təhvil verilməsi;
  • Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
  • Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirir.

Tələblər:

  • Ali təhsil;
  • Analitik təhliletmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
  • Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus dili arzu olunandır);
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi