Məlumat mərkəzi üzrə kiçik mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
  • Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin  cavablandırılması;
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
  • Aylıq hesabatların hazırlanması;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Word və Excel proqramlarından istifadə bacarığı;
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

İşəgötürənin reytinqi