Kredit mütəxəssisi ( Baki, Gəncə, Astara, Cəlilibad və Tovuz filialları )

İşin təsviri

İş Elanı № 02/20

International Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyəti Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən, müştərilərinə təminatlı və təminatsız kreditlərin verilməsi ilə, habelə “ Bank olmayan kredit təşkilatları haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşquldur .

“International Bank Olmayan Kredit Təşkilatı” BAKI, GƏNCƏ, ASTARA, CƏLİLİBAD və TOVUZ FİLİALLARI üçün KREDİT MÜTƏXƏSSİSİ vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

Filial müdirinin (qrup rəhbərinin) rəhbərliyi altında müştəri ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək, kreditləşmə sənədləşməsini aparacaq məsul şəxsdir.
• Müştəriyə kredit məhsulunu satmaq üçün təşkilatın məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq və yaxud bir başa ünsiyyət quraraq yüksək keyfiyyətli satış imkanları yaratmaq, kreditləri düzgün təhlil etmək;
• kredit əməliyyatları üzrə faizlərin hesablanması və müxabirləşmənin aparılması;
• kredit sənədlərinin və hesabatlarının düzgün tərtibatı və uçotu;
• borcluların borc öhdəliyinin icrasına gündəlik və ciddi nəzarət etmək.

Tələblər:

• Maliyyə, Marketinq, İqtisadiyyat, və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq;
• Kreditvermə, kreditlərin analizi, satış, və digər birbaşa əlaqəli sahələr üzrə təcrübəsi olanlara üstünlük verilir;
• Müştərilərlə münasibətlər qurmaq və yaxşı satış bacarıqlarının olması;
• Aktivlik və təşəbbüskarlıq bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək bacarığı;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı;
• Microsoft Office proqramları daxil olmaqla kompüter bilikləri

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 15 Fevral 2020-ci il tarixinədək e-mailin Mövzu/Subject hissəsində “KREDİT MÜTƏXƏSSİSİ” və FİLİALI qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.