Əməliyyatçı-mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Avtomobil lizinqi üzrə daxil olan müraciətlərin qəbul edilməsi və kredit komitəsi üçün sənədlərin düzgün hazırlanması (və yönləndirilməsi)
  • Müştəri tərəfindən təqdim olunan sənədlərin yoxlanılması, düzgünlüyünün və tamlığının təsdiqi
  • Kredit/lizinq müqavilələrinin hazırlanması, imzalanması üçün müştəriyə təqdim edilməsi
  • Müvafiq əməliyyatların daxili proqramda və ya bank/maliyyə təşkilatının sistemində dəqiq icra olunması
  • Lizinq  ödənişlərinin qaimə şəklində işlənilməsi
  • Etibarnamələrin hazırlanması
  • Müştərilərə lizinq şərtləri üzrə məlumat vermək, Müştəri sorğularına operativ və nəzakətli cavab verilməsi
  • Satış komandası, qiymətləndiricilər, sığorta şirkətləri və digər aidiyyəti şöbələrlə koordinasiya

Tələblər:

  • Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
  • Bank və BOKT-larda   1 ildən yuxarı iş təcrübəsi;
  • Proqres əməliyyat sistemi  üzrə təcrübəsi olanlara üstünlük verilir
  • Mühasibatlıq bilikləri və təcrübəsi üstünlük hesab edilir.
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək  istədiyiniz filialı qeyd edərək (məsələn “Əməliyatçı-mühasib”) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.