Daxili audit

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi və tövsiyələrin icrası üzrə hesabat tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;

Namizədə dair tələblər:

  • İqtisadiyyat və ya hüquq sahələrində ali təhsil;
  • Maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması;
  • Mərkəzi Bankın qaydaları və digər əlaqəli qurumların BOKT fəaliyyəti ilə bağlı qanunvericiliyi bilmək;
  • Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Mükəmməl Azərbaycan dili biliyi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: 

  • Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "Daxili Audit" qeyd etməklə göndərmələri xahiş olunur.