Satış və Marketinq şöbəsinin müdiri

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 17.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Satış və Marketinq şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

 Satış və marketinq strateqiyalarının hazırlanması;
 Aylıq, illik və rüblük satış planlamasının hazırlanması və  həyata keçirilməsi;
 Bazar araşdırmalarının aparılması, təkliflərin verilməsi; 
 Müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi, müqavilələrin bağlanması;
 Satış və marketinqlə bağlı yeni iş modellərinin işlənilib hazırlanması;
 Mövcud satış həcminin artırılması ilə bağlı strategiyaların işlənilib, hazırlanması;
 Şöbənin işinin təşkili və idarə edilməsi.

Namizədə tələblər:

 Ali Təhsilli (Biznesin idarə edilməsi, Menecement, kommersiya və marketinq fakultəsini bitirən namizədlərə üstünlük veriləcək);
 Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi; 
 Azərbaycan və Rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili üzrə biliklər arzuolunandır);
 Təşkilati və analitik bacarıqlar;
 Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları; 
 Microsoft office proqramlarından istifadə bacarığı;
 Daxili və xarici ezamiyyətlərdə olmaq imkanı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət; 
 Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına mövzu yerinə “Satış və marketinq şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.