İşin təsviri
Vəzifə öhdəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsil;
- Rus dili biliyi (arzuolunandır);
- Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
- Təşkilati və analitik bacarıqlar;
- Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.
İş şərtləri:
- Əmək haqqı:Sabit əmək haqqı və bonus hissədən ibarət olur
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
- Bakı şəhərinə tələb olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.