Satış təmsilçisi (Bakı şəhəri üzrə)

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 28.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
  • Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları  dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə  təqdim etmək;
  • Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
  • Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
  • Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər: 

  • Ali Təhsil;  
  • Rus dili biliyi (arzuolunandır);
  • Müvafiq sahə və topdan satış  üzrə 2-3 il iş təcrübəsi;  
  • Təşkilati və analitik bacarıqlar;   
  • Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.

İş şərtləri: 

  • Əmək haqqı: 1200 AZN (sabit əmək haqqı və bonus hissədən ibarət olur)
  • Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir. 
  • Bakı şəhərinə tələb olunur.  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.