İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

İnsan Resursları üzrə mütəxəssis

Tələblər:

- 23-35 yaş həddi  
- Min 1-3 il müvafiq sahə üzrə təcrübə.
- Yalnız kişi namizədlər.

İş Funksiyaları:

• Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı sığorta bütün işləri yerinə yetirmək;
• E-gov.az / Elektron Hökümət Portalı üzrə (Əmək münasibətləri üzrə) bütün işləri yerinə yetirmək; 
• Əmək kitabçalarını əmrlər əsasında doldurmaq və qorumaq;
• Cəmiyyətin işçilərinin şəxsi işlərini aparmaq və formalaşdırmaq;
• Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək;
• Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İçilərin aylıq işə davamiyyət tabelini hazırlamaq və şöbə müdirinə təqdim etmək;                                                                                                                                                                                                     
• Kadrlar üzrə statistik hesabatları tərtib edib şöbə müdirinə təqdim etmək (forma № 1, forma № 5);
• Ezamiyyət əmrlərini rəsmiləşdirmək və ezamiyyə vərəqələrini tərtib etmək;                                                                                                                                                                                   
• İnsan Resursları Şöbəsinin Müdirinə birbaşa tabedir və onun digər şifahi və yazılı tapşırıqlarını yerinə yetirir.

Şərtlər:

-  İş qrafiki və əmək haqqı müsahibə zamanı danışılacaq
-  Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir 
-  Ofis Qaradağ rayonu ərazisində yerləşir

Maraqlananlar C-V-lərini  [email protected] ünvanına göndərə bilərlər.