Vakansiya haqqında məlumat:
Struktur bölmə : Strategiya və investisiya departamenti/ Layihələrin idarəolunması şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 18 may 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılmasında rəhbər şəxsə dəstək verilməsi;
2. Layihələr üzrə məlumatların təhlili və texniki tapşırığın texniki şərt hissəsinin yazılması;
3. Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
4. Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təhlil edilməsi və bu haqda rəhbərə məlumat verilməsi;
5. Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılması.
Namizədə olan tələblər:
İş təcrübəsi : Layihələrin idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, İnformasiya texnologiyaları üzrə ali təhsilə üstünlük verilir;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis dilində sənədlərlə işləmək bacarığı və orta səviyyədə yazı və oxuma bacarıqları olmalı, rus dilində kafi səviyyədə danışma və oxuma bacarıqları olmalıdır;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : MS Visio və Excel proqramlarından yüksək səviyyədə istifadə bacarıqları olan şəxslərə üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, yazı qabiliyyəti, etibarlılıq və Şirkətə sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “PMO” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.