Şirkətin adı: SYNERGY GROUP MMC
Vəzifə: MALİYYƏ MÜTƏXƏSSİSİ
İş yeri: BAŞ OFİS
Şirkət haqqında:
2010-cu ildən etibarən fəaliyyət göstərən “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk.
“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakı şəhərindən kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
Əsas vəzifə öhdəlikləri:
• Törəmə təşkilatların aylıq idarəetmə hesabatlarını nəzərdən keçirmək və Maliyyə Hesabatların Beynəlxalq Standartlarına (MHBS) uyğun düzəlişlər vermək;
• Holdinq üzrə aylıq konsolidə olmuş maliyyə hesabatlarını tərtib etmək;
• Törəmə təşkilatların illik maliyyə büdcələrinin düzgünlüyünü yoxlamaq və büdcələrin icrasına nəzarət etmək;
• Maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
• Kənar və daxili auditorların fəaliyyətini dəstəkləmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək;
• Şirkətinin maliyyə direktoru tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Namizədə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Maliyyə və ya audit sahəsində minimum 3 illik iş təcrübəsi;
• MHBS üzrə güclü biliklər;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• Microsoft Office (MS Excel, MS Word) bacarıqların üstün səviyyədə olması;
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.