Maliyyə Meneceri

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 07.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: MALİYYƏ MENECERİ

Əsas vəzifə öhdəlikləri :

• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə büdcəsini tərtib etmək və büdcənin icrasına nəzarət etmək;
• Aylıq idarəetmə hesabatlarını hazırlamaq;
• Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
• İstehsal / xidmət,  satış, marketinq, təchizat və digər bölmələrdən alınan məlumatların maliyyə təhlilini aparmaq və xərcləri optimallaşdırmaq;
• Kənar və daxili auditorlar tərəfindən vaxtaşırı aparılan audit yoxlamaları işini təşkil etmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi