Maliyyə və satınalma departamenti, Hesabatlılıq şöbəsi - Mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 20.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur bölmə: Maliyyə və satınalma departamenti, Hesabatlılıq şöbəsi

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  3 sentyabr 2017-ci il

Əsas vəzifə öhdəlikləri:

• Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək;
• Şirkətin aşağıdakı mütəmadi hesabatlarının daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsini təmin etmək:
 Nəzarətedici orqanlara təqdim edilən aylıq və rüblük hesabatlar;
 Səhmdar, Direktorlar Şurası, Daxili komitələr və İdarə Heyətinə təqdim edilən dövri hesabatlar;
 Şirkət daxilindəki digər struktur bölmələrə təqdim edilən aylıq hesabatlar.
• “Zirvə” layihəsi çərçivəsində SAP proqramını hesabatlarla təmin etmək;
• Hesabatların hazırlanması prosesində effektivliyin artırılması məqsədi ilə IT sistemdəki məlumatların yeni formasını təkmilləşdirmək;
• Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sığorta və ya Bank sektorunda: Maliyyə və Hesabatlılıq sahəsində ən azı 1 illik iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali – (Maliyyə, mühasibatlıq), ACCA sertifikasiyası üzrə ən azı F2-F5 səviyyəli imtahanlardan uğurla keçməsi;
Dil bilikləri : Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışmaq və yazmaq bacarıqları; Rus dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları;
Kompüter bilikləri : Excel və PowerPoint proqramından yüksək səviyyədə, Word və Outlook proqramlarından orta səviyyədə istifadə bacarıqları, böyük məlumat bazaları ilə işləmək bacarığı;
Üstünlüklər : Riyaziyyat, məntiq, statistika və SAP üzrə biliklər. 2 il və daha çox təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və korporativ maraqlara sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası: CV-lər “Hesabatlılıq-mütəxəssis” mövzusu ilə [email protected]  elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi