Maliyyə və Biznes İdarəçiliyi üzrə Təlimçilər

  • Honours Academy
  • Elanın qoyulma tarixi: 09.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Honours Academy of Finance and Business Management

Honours Academy of Finance and Business Management” daha geniş miqyaslı xidmət şəbəkəsinə malik olmaq məqsədi ilə fəaliyyətini daha da genişləndirir.

Bu məqsədlə Honours Academy aşağıdakı təlim proqramları üzrə enerjili, ünsiyyətcil, məsuliyyətli, səbrli, səlis nitq qabiliyyətinə malik professional təlimçilər axtarışındadır:

ACCA F5, ACCA F7,  ACCA F9, ACCA DİPİFR 
CİMA, CİA
CFA, FRM
PMP, SAP, HRM

Finance, Project Management, HR, Excel və digər maliyyə və biznes yönümlü təlimlər.

Əmək haqqı yüksək olmaqla yanaşı, tədris fəaliyyətinin nəticələrinə əsasən fərqlənən müəllimlərə aylıq maaşdan əlavə bonuslar təqdim edilir. Bundan əlavə, Honours Academy-nin professional təlimçi və işçi heyəti təlimlərin təşkil edilməsi prosesində bütün digər təlimçilərə dəstək göstərirlər.

Tələblər:

• Güclü analitik bacarıqları və müzakirələrə həvəsləndirmək, eləcə də mürəkkəb məsələlərin anlaşılmasına kömək etmək üçün informasiyanın aydın, sadə və neytral şəkildə çatdırmaq bacarığı
• Komandada işləmə bacarıqları və müxtəlif təhsil və təcrübəyə malik insanlarla ünsiyyət qabiliyyəti
• Xaricdə təhsil almalı və ya hər hansısa sertifikatlaşdırma proqramı üzrə bütün dərəcələri əldə etmiş olmalı
• Təlimçilik üzrə təcrübəsi olmalı və ya universitetdə müəllim kimi çalışmalı
• Təhsil sahəsinə aid innovativ və kreativ metodlar aşkarlamalı və bu metodlardan istifadə etməyi bacarmalı
• Honours Academy-nin əlaqələrinin inkişafı sahəsindəki işini, baxışını,  məqsəd və dəyərlərini anlamalı və onlara əməl etməli
*Top reytinqə malik universitetlərdə təhsil almış, eləcə də tanınmış şirkətlərdə aparıcı vəzifələrdə çalışan şəxslərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdiyi təlim proqramının adını qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. 

Qeyd: CV-də Sosial şəbəkə ünvanların qeyd edilməsi mütləqdir.

İşəgötürənin reytinqi