Marketinq araşdırmaları şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

İşin təsviri

Şirkət: Göygöl Şərab Zavodu ASC

İdarə: Marketinq və satış idarəsi

Şöbə:  Marketinq araşdırmaları şöbəsi Vəzifə: Marketinq araşdırmaları şöbəsinin rəhbərin və ya baş mütəxəssisi Tabeçilik:  Marketinq və satış idarəsinin rəhbəri

Marketinq araşdırmaları şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

• Marketinq araşdırmalarına olan ehtiyyacın müəyyənləşdirilməsi, marketinq araşdırmaları üzrə planların hazırlanması;
• Satış əməkdaşlarının KPİ-lərini (performans göstəricilərini) müəyyənləşdirmək;
• Marka məlumatlılığı araşdırmaları üçün sifarişlərin verilməsi, sorğu suallarının hazırlanması üçün şöbənin əməkdaşlarına dəstəyin göstərilməsi; 
• Marka dəyəri, markaya loyallıq, markaya münasibət, markaya inam, marka haqqında biliklərin araşdırılması;
• Araşdırma planının hazırlanması, sorğu suallarının outsource olunan şirkətlə və ya daxili resurslar hesabına hazırlanması;
• Fokus qrupların təşkil edilməsi və məhsulun dadı və digər xüsusiyyətləri ilə bağlı hesabatların hazırlanması;
• Məhsulların bazar payını müəyyənləşdirmək üçün supermarketlərlə razılıqların əldə edilməsi;
• Gizli müştəri araşdırmalarının keçirilməsi üçün outsource olunan şirkətlə əməkdaşlıq və rəhbərlik üçün hesabatların hazırlanması;
• Məhsul satışları, müştərilərin alış həcminə görə qruplaşdırılması, satış təmsilçiləri üzrə RFM analizlərin nəticələrini subardinasiya üzrə rəhbərə və satış şöbəsinin rəhbərinə çatdırılması
• Məhsul konseptlərinin test edilməsi üçün məhsul portfelinin idarə edilməsi şöbəsi ilə əməkdaşlıq (Fokus qruplarda iştirak, Faktor analizləri üçün sualların tərtib edilməsi və sərbəst dəyişkənlərin müəyyənləşdirilməsi və sorların aparılması);
• Klaster araşdırmaları üçün fokus qrupun keçirilməsi və sorğuların hazırlanması, outsource şirkətlərin xidməti ilə sorğuların keçirilməsi;
• Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
• Məhsul üzrə KPİ-lərin mütəmadi hazırlanması

Tələblər

• Magistr təhsilinin olması (daha çox marketinq araşdırmaları, statistika istiqaməti) və xarici universitetlərdə müvafiq istiqamətdə təhsil almış namizədlərin olmasına üstünlük verilir;
• Statistika və marketinq araşdırmalarını dərindən mənimsəmək
• Marketinq araşdırmaları sahəsində azı 2 il iş təcrübəsinin olması;
• İBM SPSS və EXCELdə sərbəst işləmə və sorğuların bu proqramlar vasitəsilə emal edilməsi istiqamətində biliklərin mükəmməl olması;
• Marketinq biliklərinin olması, çalışdığı dövr ərzində seqmentləşdirmə üzrə layihələrin icrası ilə bağlı işlərin təqdim edilməsi;
• Marketinq araşdırma planlarının hazırlama və doğru sorğu metodlarının tətbiq edilməsi

E-mail: [email protected]