Göygöl Şərab Zavodu ASC


150 illik tarixə malik Göygöl Şərab Zavodu ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər  istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan Göygöl şərab zavodunun təməli 1860-ci ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur. Almanlar bu əraziyə koçdükləri vaxt həmin ərazi Oğuz tayfası yaşayan Xanık kəndi adlandırılırdı.

1862-ci ildə «Forer Qardaşları» səhmdar cəmiyyəti təsis olunmuşdur. Bu cəmiyyətə X. Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor  rəhbərlik edirdilər. Elə həmin vaxt «Qummel Qardaşları Ticarət Evi» səhmdar cəmiyyəti yaradıldı ki, buna da X.Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə,Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış «Konkordiya» kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?