Memar Vizualizator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələrin 2D və 3D vizualizasiyasının hazırlanması (interyer və eksteryer).
  • Memarlıq və dizayn konsepsiyasına uyğun olaraq yüksək keyfiyyətli renderlərin, 3D modellərin hazırlanması.
  • Memar və dizayner komandası ilə sıx əməkdaşlıq edərək layihə tələblərinin vizual təhlilini aparmaq.
  • Layihə planlarının, çertyojların və texniki tapşırıqların vizual interpretasiyası.
  • Material, tekstura, işıqlandırma və kompozisiya elementlərinin düzgün tətbiqi.
  • Müştəri və rəhbərliyə təqdimat üçün vizual materialların hazırlanması.
  • Layihələrdə edilən dəyişikliklərə uyğun olaraq vizualizasiyaların yenilənməsi.
  • Vizual faylların düzgün strukturda saxlanılması və arxivləşdirilməsi.
  • Render və modelləşdirmə müddətlərinə riayət etmək və verilmiş tapşırıqları vaxtında tamamlamaq.

Digər məlumat:

  • Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
  • İş qrafiki: 5 günlük
    İş yeri: Bakı şəhəri

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Memar vəzifəsində iş təcrübəsi min 3 il;
  • Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Biz təklif edirik:

  • Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı;
  • Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak;
  • Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri;
  • Maaş + performansa əsaslanan bonus sistemi;
  • İllik Könüllü Tibbi sığorta paketi
  • Rahat iş mühiti və peşəkar komanda.

Muraciət edənlər CV və Portfolio birlikdə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

İşəgötürənin reytinqi