Əməkhaqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun olaraq)
Vəzifənin məqsədi:
Tikinti sahəsində keyfiyyətli icranın təmin olunması, layihələrin mərhələlər üzrə izlənməsi və texniki tapşırıqların yerinə yetirilməsi.
Əsas vəzifə öhdəlikləri:
Layihə üzrə tikinti və təmir proseslərinin gündəlik nəzarəti və koordinasiyası
İş bölgüsü və icra qrafikinə əsasən sahədə işlərin təşkili
Tikinti norma və qaydalarına, texniki sənədlərə uyğunluğun təmin olunması
Podratçı və subpodratçı işçilərlə operativ əməkdaşlıq
İcra hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Təhlükəsizlik və keyfiyyət standartlarının yerinə yetirilməsinə nəzarət
Namizədə dair tələblər:
İnşaat mühəndisliyi üzrə ali və ya texniki təhsil
1–3 il inşaat sahəsində (layihə və ya sahə üzrə) iş təcrübəsi üstünlükdür
Tikinti layihələrinin sənədləri və planları ilə işləmə bacarığı (AutoCAD, MS Project və s.)
Sahədə operativlik, məsuliyyət və nizam-intizam
Komanda ilə işləmə və problemlərin həllinə yanaşma bacarığı
Biz təklif edirik:
Real layihələrdə iştirak imkanı və peşəkar komandada təcrübə qazanmaq
Gənc mühit, dəstək və inkişaf perspektivi
Layihəyə əsasən artan məsuliyyətlər və karyera imkanları
Müraciət qaydası:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “İnşaat Mühəndisi – Yaşayış Kompleksi” qeyd etməyiniz xahiş olunur.