İşin təsviri
Vəzifənin məqsədi:
- İnşaat layihəsi üzrə materialların, avadanlıqların və alətlərin düzgün qəbul olunması, qeydiyyatı, saxlanması və buraxılışının idarə olunması, həmçinin anbar uçotunun tam şəffaf və dəqiq aparılması.
Əsas vəzifə öhdəlikləri:
- İnşaat materiallarının, alət və avadanlıqların qəbulu, inventarlaşdırılması və düzgün şəkildə anbara yerləşdirilməsi.
- Gündəlik anbar uçotunun aparılması (giriş-çıxış qaimələri, sərf aktları və s.).
- Material tələblərinin və sərfiyyatının qeydiyyatı, müvafiq şöbələrlə koordinasiya.
- Anbarda saxlanılan məhsulların keyfiyyətinə, təhlükəsizliyinə və düzgün şəraitdə qorunmasına nəzarət.
- Podratçılar və təchizatçılarla sənədləşmə prosesinin (qaimə, təhvil-təslim, qəbul aktları) düzgün aparılması.
- Həftəlik və aylıq inventarizasiya prosesində iştirak və hesabatların hazırlanması.
- İcra olunan işlərə uyğun olaraq sahə mühəndislərinin material tələblərini vaxtında təmin etmək.
- Anbarın səliqəsinə, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına riayət olunmasını təmin etmək.
- Elektron uçot sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi.
Namizədə tələblər:
- İnşaat və ya istehsalat sahəsində Anbardar kimi minimum 1–2 il iş təcrübəsi.
- Anbar uçot sistemləri, qaimə-sənəd dövriyyəsi və material nomenklaturası üzrə biliklər.
- MS Excel və digər anbar proqramlarında işləmə bacarığı üstünlükdür.
- Dəqiqlik, məsuliyyətlilik və operativlik.
- Komanda ilə işləmə və sahə mühəndisləri ilə düzgün koordinasiya bacarığı.
- Dürüstlük və maddi məsuliyyət daşıma öhdəliyi.
Təklif olunur:
- Rəsmi əmək müqaviləsi
- Stabil əmək haqqı
- Nəqliyyat və nahar təminatı (şirkət siyasətindən asılı olaraq)
Tabeçilik:
- Layihə rəhbəri / Tikinti departamenti rəhbəri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.