İşin təsviri
Təsvir
- Layihələrin ilkin mərhələlərində sahə analizlərinin aparılması, araşdırmaların edilməsi və ilkin dizayn konsepsiyasının formalaşdırılması;
- Layihələndirmə məlumatlarının qəbulu və təhlili, layihə ehtiyac və hədəflərinə uyğunluq üzrə rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi;
- Layihə sənədlərinin estetik, texniki və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və layihəçilərin bu istiqamətdə yönləndirilməsi;
- Layihələndirmə sənədlərinin AR qanunvericiliyinə, şəhərsalma və tikinti normalarına, eləcə də beynəlxalq standartlara uyğun hazırlanmasına nəzarət;
- Departament daxili komanda, layihəçi təşkilatlar, məsləhətçilər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq;
- Layihələndirmə müddətləri üzrə məsləhətlərin verilməsi, iş qrafikinin layihə həcmlərinə uyğunluğunun yoxlanılması;
- Tender mərhələsində texniki dəstəyin göstərilməsi, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması, texniki rəylərin hazırlanması;
- Tikinti prosesində sınaq, yoxlama və obyektlərin təhvil-təslim mərhələlərində iştirak;
- Zəruri hallarda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyinin verilməsi, təhlillərin aparılması və büdcə/xərc optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanması, təsdiqi və arxivləşdirilməsinin sənədləşdirilmiş məlumatlara nəzarət prosedurlarına uyğun təmin edilməsi.
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi (iri layihələr üzrə təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları üzrə biliklər;
- Beynəlxalq memarlıq və layihələndirmə standartları ilə işləmə bacarığı;
- AutoCAD, Revit / ArchiCAD və digər müvafiq proqramlarda işləmək bacarığı;
- Analitik düşüncə, detallara diqqət və güclü ünsiyyət bacarıqları;
- Azərbaycan dili-sərbəst (rus və ingilis dili biliyi üstünlükdür).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Performansdan aslı olaraq bonuslar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.