Planlaşdırma və büdcə şöbəsinin rəisi

İşin təsviri

Əmək funksiyası:

  • Planlaşdırma və büdcə şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • İşin şöbə əməkdaşları arasında düzgün bölgüsünü etmək;
  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması;
  • Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq;
  • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi;
  • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması;
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti;
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi;
  • Təşkilatın göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi;
  • Biznesin maliyyə və əməliyyat data bazasını davamlı və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək;
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır