Süzmə xəttinin operatoru

İşin təsviri

Əmək funksiyası:

  • Süzmə xəttinin depalletayzer, dolum, etiket və paketləmə avadanlıqlarının idarə olunması bacarığı və yaranan problemlərin həll olunması;
  • Xəttin iş rejiminin işə salınması və saxlanılması;
  • İçkilərin qablaşdırılması üzrə növbə və aylıq planların yerinə yetirilməsi;
  • Qüsurlu məhsulların vaxtında qarşısının alınması;
  • Avadanlıqların təmirində və sazlanmasında iştirak;
  • Avtomatlaşdırılmış qablaşdırma xəttinin işə salınması və işinə nəzarət;
  • Etiketlərin yapışdırılması;
  • Butılkaların aparata qoyulması;
  • Sexdə təmizlik və nizam-intizam qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə iş təcrübəsi olmalıdır;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00
  • Nahar ilə təmin edilir
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır