İşin təsviri
Namizəd aşağıdakı işləri icra edəcək:
- Zəif axın sistemlərinin (CCTV, IP kameralar, Access Control, Turniket sistemi, Kartoxucu, Siqnalizasiya, Yangın sistemi, Server kabinetləri və s.) quraşdırılması
- Kabelçəkmə, kabel kanallarının hazırlanması və düzgün montaj edilməsi
- Sistemlərin test olunması, sazlanması və istifadəyə tam hazır vəziyyətə gətirilməsi
- Mövcud obyektlərdə texniki baxış və profilaktik xidmətlərin göstərilməsi
- Müşahidə sistemlərində nasazlıqların diaqnostikası və operativ formada aradan qaldırılması
- Obyektlərdə aparılan işlərin vaxtında və keyfiyyətli təhvil verilməsi
- Komanda ilə birgə işləmək, layihə rəhbərlərinin tapşırıqlarının icrası
- Avadanlıq və material ehtiyaclarının texniki şöbəyə bildirilməsi
Namizədə tələblər:
- Zəif axın sahəsində minimum 1–2 il iş təcrübəsi
- Şəbəkə və avadanlıq bağlantıları barədə biliklər
- Elektrik, texniki təhlükəsizlik və montaj qaydaları haqqında məlumat
- Kamera sistemləri, turniket, giriş-çıxış idarəetmə sistemləri ilə iş təcrübəsi
- Plan-sxemlər üzrə işləmə bacarığı (arzuolunandır)
- Məsuliyyətli, dəqiq və operativ olmaq
- Ezamiyyətlərə və obyekt daxili iş rejiminə uyğunlaşa bilmək
- Komanda ilə işləmə bacarığı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz.