İşin təsviri
İş şəraiti
- İş yeri: Azin Technology
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- Əmək haqqı: 500 Azn
Vəzifə öhdəlikləri:
- Şirkətin təchizat ehtiyaclarını müəyyənləşdirmək və satınalma prosesini idarə etmək
- Təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqavilələrin hazırlanmasında iştirak etmək
- Malların və materialların vaxtında və keyfiyyətli şəkildə təhvil alınmasına nəzarət etmək
- Anbar və ehtiyat səviyyəsini izləmək, sifarişləri planlaşdırmaq
- Bazar araşdırması aparmaq, yeni təchizatçılar tapmaq və münasib kommersiya şərtləri əldə etmək
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Yaş həddi: 25 – 30 yaş
- Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqədar sahə üzrə)
- Təchizat və satınalma sahəsində minimum 1 il iş təcrübəsi
- Bazar qiymətləri və təchizat zənciri haqqında anlayış
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı
- Dəqiqlik, məsuliyyət və operativlik
- Bəy namizədlər tələb olunur
CV-lərinizi “Mövzu” hissəsində” Təchizat mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: