Likvidlik və analitika şöbəsi mütəxəssisinin

İşin təsviri

Əmək funksiyası:

  • Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
  • Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi;
  • Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerləşdirilməsinə cavabdehlik;
  • Layihələrdə məlumatların hazırlanması və istifadə olunması;
  • Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
  • Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi;
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işlənilməsi;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq;
  • Məlumatlar bazasından məlumatların əldə edilməsi və hesabatların hazırlanması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq şirkətin fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
  • Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Likvidlik və analitika şöbəsi mütəxəssisi yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.