Karqo Idarəsi /İxrac üzrə Mütəxəssis

İşin təsviri

Təsvir: 

  • Şirkətin ixrac əməliyyatları çərçivəsində yük daşımalarının planlaşdırılmasında, sənədləşmənin hazırlanmasında və nəzarət prosesində iştirak etmək;
  • İxrac yükləri ilə bağlı tələb olunan bütün sənədlərin düzgün və vaxtında tərtib olunmasını təmin etmək;
  • İxrac əməliyyatları zamanı yarana biləcək gecikmə, sənəd uyğunsuzluğu və ya daşınma problemlərinin qarşısını almaq üçün operativ tədbirlər görmək;
  • Eksport əməliyyatlarının maliyyə və əməliyyat göstəricilərinə dair məlumatları toplamaq, analiz etmək və rəhbərliyə hesabat şəklində təqdim etmək;
  • Xarici tərəfdaşlarla yazışmaları və danışıqları aparmaq, müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək.

Tələblər: 

  • Ali təhsil - Bakalavr;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla); Rus (əla);
  • Qərar vermə Bacarığı;
  • Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
  • Problemi Həll etmə Bacarığı;
  • İşə Uyğunlaşma Qabiliyyəti;
  • Öyrənmə Qabiliyyəti;
  • Təqdimat Bacarıqları;
  • Komandada İşləmə Bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında: 

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi