Müştəri Əlaqələri və Məlumatların İdarəedilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Təsvir

  • Müxtəlif ssenarilər və təxminlər əsasında kampaniyaların maliyyə nəticələrini proqnozlaşdırmaq;
  • Marketinq kampaniyaları üçün mənfəət-zərər hesabatları hazırlamaq və nəticələri təhlil etmək;
  • Keçirilən kampaniyaların effektivliyini maliyyə göstəriciləri (ROI, xərclər, gəlir) və müştəri davranışı göstəriciləri (engagement, retention, churn, konversiya) üzrə mid və post analizlərlə qiymətləndirmək;
  • Kampaniya nəticələri üzrə dashboard və hesabatların hazırlanması 
  • Xərclərin plan və büdcəyə uyğun idarə olunmasına nəzarət etmək;
  • Marketinq, Kommersiya və maliyyə komandaları ilə əməkdaşlıq edərək kampaniyalar üçün maliyyə modelləri və büdcələr hazırlamaq;
  • ROI göstəriciləri nəzərə alınmaqla kampaniyaların optimizasiyası üçün tövsiyələr vermək;
  • Müştəri seqmentasiyası və CRM alətlərindən istifadə edərək hədəfləmə ssenariləri qurmaq və nəticələri təhlil etmək;
  • Maliyyə və müştəri davranışı risklərini müəyyənləşdirmək və təsirin azaldılması istiqamətində təkliflər vermək.

Tələblər

  • Təhsil: İqtisadiyyat, maliyyə və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • İş təcrübəsi: Maliyyə analizi, marketinq analitikası və ya biznes planlaşdırma sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – orta səviyyədən yuxarı, Rus dili – arzuolunandır;
  • Proqram bilikləri: MS Excel, Word, PowerPoint, Outlook proqramlarında yüksək səviyyəli biliklər;
  • Analitik və strateji düşünmə qabiliyyəti;
  • Dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik və qərarvermə bacarığı;
  • Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
  • Güclü təqdimat və yazılı ünsiyyət bacarıqları.

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi