Onlayn satış emalı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketpleys və Instagram üzərindən daxil olan sifarişlərin qəbulu və emalı
  • Müştərilərlə yazışmaların aparılması, daxil olan sorğuların cavablandırılması
  • Məhsullar, mövcudluq, qiymətlər və satış şərtləri barədə müştərilərə məlumat verilməsi
  • Sifarişlərin anbara və ya çatdırılma xidmətinə ötürülməsi və icra statusunun izlənməsi
  • Sifarişlər üzrə məlumatların qeydiyyatı, yenilənməsi və hesabatların aparılması
  • Gündəlik operativ sənədlərin və daxili sənəd dövriyyəsinin aparılması
  • Sifarişlər, müştərilər və göndərişlər üzrə məlumatların sistemləşdirilməsi
  • Zərurət olduqda sifarişlərin ləğvi və geri qaytarılması prosesində iştirak
  • Yüksək xidmət səviyyəsinin və müştəriyönümlü yanaşmanın təmin edilməsi

Tələblər:

  • Onlayn satışlar və ya marketpleyslərlə iş təcrübəsi üstünlükdür
  • Səlis şifahi və yazılı ünsiyyət bacarığı
  • Diqqətlilik, məsuliyyət və təşkilatçılıq bacarığı
  • Gündəlik operativ və inzibati işləri icra etmək bacarığı
  • Eyni anda bir neçə sifariş və mesajla işləmək bacarığı
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi ( Şənbə və bazar iş günü)
  • İş saatları: 09:00 – 18:00
  • Əmək haqqı: 600 AZN
  • İş yeri: Çinar Park Biznes Mərkəzi

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Onlayn satış emalı mütəxəssis’’ başlığı ilə CV-ni göndərə bilərlər.

Azphone Electronics tərəfindən digər vakansiyalar