Təchizat və logistika mütəxəssisi

İşin təsviri

Vəzifə üzrə əsas öhdəliklər:   

  • Satınalma və təchizatla bağlı işlədiyimiz xarici fabriklərlə danışıqların aparılması və malların sifariş edilməsi (Qapı, parket, furnitura və s.)
  • Nəqliyyat vasitəsinin növünün seçilməsi, sifarişi və malın çatdırılmasının izlənilməsi, 
  • Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi,
  • Təchizat, nəqliyyat, maliyyə və digər sənədlərin (müqavilə, akt, etibarnamə, invoice və s.) hazırlanması,
  • Gömrük orqanına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi,
  • İdxal əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
  • İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət,
  • Ödənişlərin planlaşdırılması və hesabatların formalaşdırılması

Vəzifə üzrə əsas tələblər:

  • Ali təhsil;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Vəzifə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək;
  • Xanım namizədlərin müraciətinə üstünlük veriləcək.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
  • İstirahət günü: Şənbə, Bazar.
  • Korporativ nömrə verilir.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Rəqabətədavamlı əmək haqqı.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.