AutoCad mütəxəssisi

  • PAY Group
  • Elanın qoyulma tarixi: 30.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə barədə məlumat

  • Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq. 
  • Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
  • Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək
  • AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək
  • Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrika sifariş vermək.
  • Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
  • Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
  • Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək. 
  • Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.  

Vəzifə üzrə tələblər

  • Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür) 
  • Çertyojları oxumaq və başa düşmək, dizayn bacarıqları,
  • Yüksək səviyyədə Azərbaycan və rus dili biliyi, ingilis dili üstünlükdür;
  • Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
  • Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı,
  • İş təcrübəsi tələb olunur,
  • İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək. 

İş şəraiti

  • İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
  • Şənbə və bazar qeyri iş günləridir.
  • Əmək haqqı razılaşma yolu ilə
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi e-mail ünvanına göndərə bilərsiniz. 

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.