Satış Məsləhətçisi (Fortex showroom)

İşin təsviri

2011-ci ildən etibarən PAY Group MMC-nin  tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər: 

  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin tövsiyyə edilməsi;
  • Peşəkar şəkildə müştərilərə xidmət göstərilməsi;
  • Səbr və anlayış göstərərək mövcud problemlərin həll edilməsi;
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.

Vəzifə üzrə əsas tələblər:

  • Orta və ya ali təhsil;
  • Satış sahəsində 1 ilədək iş təcrübəsi mütləqdir (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək);
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir (rus dili üstünlükdür);
  • Yaş həddi 21-35 yaş arası;
  • Vakansiya xanım namizədlər üçün nəzərədə tutulub.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü;
  • İstirahət günü: Bazar;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: 600 AZN + bonus

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. 
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.