İşin təsviri
Vəzifə üzrə əsas öhdəliklər:
- Məhsulların tanıtma işlərini təşkil etmək.
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
- Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
- Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil.
- Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir)
- Satış prosesini və dinamikasını başa düşmək.
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
- Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir.
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
- Yaş həddi 23-40 yaş arası
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü
- İstirahət günü: Bazar.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı + aylıq satışa əsasən bonus (Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək)
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.