İşin təsviri
Əsas funksional vəzifələr:
İşə qəbul ediləcək şəxs aşağıdakı vəzifə funksiyalarını icra etməlidir:
- Müəssisənin menyusuna uyğun olaraq müxtəlif növ şorbaların (milli və xarici mətbəx nümunələri) hazırlanması;
- Yeməklərin hazırlanmasında sanitariya və gigiyena normalarına tam riayət olunması;
- İstehsal prosesində istifadə edilən məhsulların keyfiyyət göstəricilərinə və saxlanma şəraitinə nəzarət olunması;
- Mətbəx rəhbərinin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi;
- Gündəlik iş bitdikdən sonra istifadə olunan avadanlıqların və iş sahəsinin təmizlənməsi və qaydaya salınması;
- Qida təhlükəsizliyi qaydalarına və daxili nizam-intizam qaydalarına riayət edilməsi.
Namizədə dair tələblər:
Aşağıdakı kriteriyalara cavab verən namizədlər vakansiya üçün uyğun hesab ediləcəkdir:
- Qida sahəsində ali və ya orta ixtisas təhsili arzuolunandır;
- Qida sektorunda, xüsusilə catering xidmətində minimum 2 il supçu vəzifəsində praktik iş təcrübəsi;
- Milli və beynəlxalq mətbəxlərə aid şorba növləri haqqında biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyətli və diqqətli olmaq;
- Fiziki cəhətdən sağlam və çevik olmaq;
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena normalarına dair biliklərə malik olmaq.
Əmək şəraiti:
- Ünvan: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə nəticəsində namizədin bilik və bacarıqları nəzərə alınmaqla fərdi qaydada müəyyən edilir;
Əmək haqqı: 800 AZN
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün +994103114152 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Məktubun mövzu hissəsində “Supçu vakansiyası” qeyd olunmasını xahiş edirik.